İQTİSADİYYAT


Qida sənayesində brendin yaradılması və marketinq strategiyası üzrə təlimə başlanılır

Bakı, 30 iyun (AZƏRTAC). İyulun 1-də Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin təşəbbüsü ilə “Qida sənayesində brendinq anlayışı, brendin yaradılması və marketinq strategiyası” üzrə təlim keçiriləcəkdir.

AZPROMO-dan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə brendin yaradılması və bazara çıxarılması, marketinq strategiyası, biznesin quruluşu və şirkətlərin məqsədləri mövzularında məruzələr dinləniləcəkdir. Proqrama praktiki məşğələlərin də daxil edildiyi təlimi Xəzər Universitetinin professoru, iqtisad elmləri doktoru Fuad Rəsulov aparacaqdır. İçki məhsulları - şirələr, limonadlar və şərablar üzrə brend yaradılması məsələsinə xüsusi diqqət yetiriləcəkdir.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaqdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.