CƏMİYYƏT


“Qida təhlükəsizliyi hamının işidir” şüarı altında keçirilən layihənin miqyası genişlənir

Bakı, 3 iyun, AZƏRTAC

Ümumdünya Qida Təhlükəsizliyi Günü kimi qeyd olunan iyunun 7-də dünyanın diqqətini həmin mövzuya cəlb etmək üçün “Qida təhlükəsizliyi hamının işidir" şüarı altında keçirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə Qida Təhlükəsizliyi Agentliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyi ilə birgə silsilə maarifləndirici tədbirləri davam etdirir.

Həyata keçirilən tədbirlər çərçivəsində agentliyin sədri Qoşqar Təhməzli şəbəkələrdə videomüraciətlə çıxış edib. O, qida təhlükəsizliyinin təmin olunmasının əhəmiyyətini vətəndaşların diqqətinə çatdıraraq FAO-nun ölkəmizdəki Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmakı tədbirə qoşulmağa dəvət edib. Çağırışa qoşulan M. Çakmak qida təhlükəsizliyinin təmin olunmasında hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Onların çağırışına BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov da qoşulub. Hökumət nümayəndələri və beynəlxalq qurumların rəhbərləri Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar qida zənciri boyunca iştirak edən tərəflərin öhdəliklərini diqqətə çatdırıb və hər kəsin prosesdə iştirakının vacibliyini diqqətə çatdırıblar.

Qeyd edək ki, Ümumdünya Qida Təhlükəsizliyi Günü Birləşmiş Millətlər Təşkilatının (BMT) 2018-ci il 20 dekabr tarixli qərarı ilə ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, dünyada ərzaq istehsalatı və təchizatı zəncirinin daha da mürəkkəbləşdiyi, qida məhsullarının təhlükəsizliyi ilə bağlı istənilən xoşagəlməz hadisələrin insanların sağlamlığına, ticarətə və ümumilikdə bütün dünya iqtisadiyyatına mənfi təsiri nəzərə alınaraq təsis edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.