Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qida təhlükəsizliyi ilə əlaqədar Yevlax, Bərdə, Ağcabədi rayonlarında və Bakı şəhərində reydlər keçirilib

Bakı, 1 dekabr, AZƏRTAC

Noyabrın 27-29-da qida təhlükəsizliyi ilə əlaqədar alınmış məlumatlar əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə Yevlax, Bərdə, Ağcabədi rayonlarında və Bakı şəhərində fəaliyyət göstərən heyvan kəsimi, ət qəbulu, saxlaması və satışı məntəqələrində reydlər keçirilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) AZƏRTAC-a bildiriblər ki, noyabrın 27-də Yevlax rayonunda reyd zamanı Aşağı Bucaq kənd sakini Kərimov Nizami Paşa oğluna məxsus evin həyətinə baxış keçirilərkən qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançası (sallaqxana) və 12 kvadratmetr sahəsi olan soyuducu kamera aşkar edilib.

Evin həyətində olan Nizami Kərimova məxsus 06 “Jiquli” markalı 10-KF-181 dövlət qeydiyyat nişanlı minik avtomobilinin yük yerinə baxış keçirilərkən mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmayan, orqanoleptik göstəriciləri qida üçün yararlığı şübhə doğuran, baytarlıq-sanitariya tələblərinə əməl edilmədən antisanitar şəraitdə avtomobilin yük yerinə yığılmış, üfunətli iy verən, çəkisi 170 kiloqram olan hissələrə bölünmüş (3 ədəd bud və 3 ədəd qol qabırğalarla birlikdə) heyvan cəmdəyi, eləcə də həyətdəki soyuducu kamerada 8 ədəd heyvan dərisi aşkarlanıb.

Aşkar olunan hissələrə bölünmüş heyvan cəmdəklərinin qida üçün yararlığı şübhə doğurduğundan onlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Həmçinin həmin gün Aşağı Bucaq kənd sakini Rəsulov Telman Ağəli oğluna məxsus evin həyətində qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış sallaqxana və 4 kvadratmetr sahəsi olan soyuducu kamera aşkar olunub. Soyuducu kamerada ümumi çəkisi 181 kiloqram olan hissələrə bölünmüş heyvan cəmdəkləri (5 ədəd heyvanın bud əti və 5 ədəd heyvanın qol əti qabırğa ilə birlikdə), 1 ədəd heyvanın daxili orqanı (içalat), 2 ədəd iribuynuzlu heyvan başı və 8 ədəd heyvanın ayağı müəyyən edilib. Eləcə də həyətdə olan 05 “Jiquli” markalı 10-RH-638 dövlət qeydiyyat nişanlı furqonlu avtomobildə 5 ədəd iribuynuzlu heyvan dərisi aşkarlanıb.

Aşkar olunmuş heyvan cəmdəklərinin mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmadığına, orqanoleptik göstəriciləri qida üçün yararlığı şübhə doğurduğuna görə ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Noyabrın 27-də keçirilən reyd Bərdə rayonunda davam etdirilib. Reyd zamanı Bərdə şəhəri, Səməd Vurğun küçəsi, 15 nömrəli evin sahibi Məmmədov Əli Xanış oğlunun həyətində qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançası aşkarlanıb. Həyətdəki sallaqxananın yanında olan təkərli arabada təzə kəsilmiş 6 ədəd at dərisi, 4 ədəd atın arxa və qabaq ayaqları, 4 ədəd sümükdən ayrılmış at skeleti, mötəviyyatla dolu qarın və bağırsaqları, eləcə də ağacdan asılmış atın tam formalaşmamış balası (dölü) və kəsilmiş atların qalıq tullantıları aşkar edilib.

Aşkarlanan hissələrdən nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib, qalıq tullantılar isə maddi sübut kimi müvəqqəti saxlamaq üçün Bərdə zona Baytarlıq Laboratoriyasına təhvil verilib.

Bərdədə keçirilən reyd zamanı Məmmədov Vəli Xanış oğluna məxsus Səməd Vurğun küçəsi, 8 nömrəli, onun oğlu Məmmədov Alim Vəli oğluna məxsus Səməd Vurğun küçəsi, 11 nömrəli və Novruzov Seyfəddin Vəliyəddin oğluna məxsus Səməd Vurğun küçəsi, 9 nömrəli evlərin həyətlərinə baxış keçirərkən həyətlərdə qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış sallaqxana və meydançaların ətrafında çoxlu miqdarda qan gölməçələri aşkar edilib.

Reyd noyabrın 28-də Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən Abbasov Azər Abbasqulu oğlunun rəhbərlik etdiyi ət kombinatında davam etdirilib. Reyd zamanı kombinatın 1 nömrəli soyuducu kamerasında, ümumilikdə, 480 kiloqram çəkidə olan, hər birinin çəkisi 20 kiloqram, 24 ədəd karton qutuda hissələrə bölünmüş, dondurulmuş ət (o cümlədən 9 qutu qoyun əti, 3 qutu malın bel əti, 7 qutu malın can əti, 5 qutu malın ağ və qaraciyərləri), 2 nömrəli soyuducu kamerada ümumi çəkisi 360 kiloqram olan 4 ədəd iki hissəyə bölünmüş heyvan cəmdəyi, 2 ədəd heyvanın bud əti, 1 ədəd qol əti qabırğa ilə birlikdə, 1 yeşik sümükdən ayrılmış can əti və mal ətinin bel nahiyəsi, 3 nömrəli soyuducu kamerada isə ümumi çəkisi 1920 kiloqram olan 28 ədəd iki hissəyə bölünmüş dondurulmuş heyvan cəmdəyi, 3 ədəd bud əti, 3 ədəd qol əti qabırğa ilə birlikdə 3 yeşik sümükdən ayrılmış ətlər aşkar olunub.

Kombinatın ətin sümükdən ayrılan şöbəsinə baxış keçirərkən orqanoleptik göstəriciləri qida üçün şübhə doğuran və baytarlıq müayinəsindən keçməyən çəkisi 120 kiloqram olan 8 hissə təzə kəsilmiş heyvan ətləri, yuyucu sexin yanında xeyli miqdarda ətdən ayrılmış heyvan skeletləri və kəllə sümükləri aşkarlanıb.

Ət kombinatında fəaliyyət göstərən istehsalat laboratoriyasına baxış keçirərkən 2 ədəd istifadəyə yararsız işıq mikroskopu, 1 ədəd soyuducu və 1 ədəd sentrifuqa müəyyən edilib. Laboratoriyada müayinələrin aparılması üçün heç bir reaktiv və ləvazimatlar aşkar olunmayıb. Kombinatda kəsimə gedən və kombinata daxil olan heyvan cəmdəklərinə müəssisə rəhbəri tərəfindən baytar həkimi vəzifəsinə təyin edilmiş Hüseynov Allahverdi Qardaşxan oğlunun heç bir müayinə aparmadan cəmdəklərə möhür vurması müəyyən edilib.

Aparılan araşdırma zamanı müəyyən olunub ki, istehsalat laboratoriyasında diri heyvanların qəbulu üçün sonuncu dəfə baytarlıq şəhadətnaməsi (Forma 1) 2016-cı il mayın 16-da, hazır məsulların məxarici üçün isə baytarlıq şəhadətnaməsi (Forma 2) 2016-cı il mayın 25-də verilib. Ümumiyyətlə, istehsalat laboratoriyasında kombinata daxil olan heyvanların, ətlərin, aparılan müayinələrin və hazır məhsulların məxarici barədə jurnallarda heç bir qeydiyyat olmayıb.

Kombinatda aşkar olunan ət və ət məhsullarının çox hissəsinin mənşəyinə və sağlamlığına dair heç bir sənəd olmadığı üçün istehsalat laboratoriyasında baytar həkimi Allahverdi Hüseynov tərəfindən heç bir müayinə aparılmadığı, eləcə də vizual baxış zamanı heyvan ətinin orqanoleptik göstəriciləri qida üçün şübhə doğurduğu üçün, ümumilikdə, 56 ədəd nümunə götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Noyabrın 29-da Bakı şəhəri, Heydər Əliyev prospekti, 6-cı köndələn, 2 ünvanında yerləşən “Azərət-süd” İcarə Topdansatış Birliyinin soyuducu anbarlarına da baxış keçirilib. Baxış zamanı birliyin anbarında Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən Abbasov Azər Abbasqulu oğlunun rəhbərlik etdiyi ət kombinatına aid 8581 kiloqram sümüksüz heyvan əti, 2000 kiloqram qoyun əti (qutularda qablaşdırılmış), Gəncliyə Yardım Fonduna məxsus 9450 kiloqram dondurulmuş mal əti, 300 kiloqram qoyun cəmdəklərindən müayinə üçün nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Həmçinin 301 nömrəli soyuducu kamerada istifadə müddəti bitmiş 7000 kiloqrama yaxın Çin mənşəli ağ balıq (beluqa), 302 nömrəli soyuducu kamerada isə istifadə müddəti bitmiş Estoniya (Tallinn şəhəri) mənşəli 15000 kiloqram çapaq (leş) balığı aşkar edilib və onlardan müayinə üçün nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Yevlax, Bərdə, Ağcabədi rayonlarında və Bakı şəhərində keçirilən reydlər zamanı götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq, qanunvericiliklə müəyyən olunmuş qaydada qərarlar qəbul edilərək tədbirlər görüləcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək, qanunazidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb