CƏMİYYƏT


Qida təhlükəsizliyi mütəxəssisləri gömrük inspektorlarına təlim keçiblər

Bakı, 10 noyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri Dövlət Gömrük Komitəsinin (DGK) inspektorlarına təlim keçiblər.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd gömrük sərhəd buraxılış məntəqələrində baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid sənədlərin rəsmiləşdirilməsi, onlar üzərində gömrük nəzarətinin həyata keçirilməsi istiqamətində biliklərin artırılmasıdır.

Dörd həftə davam edən təlimdə 80-dən artıq inspektor iştirak edib və onlara Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti, qida təhlükəsizliyi sahəsində müvafiq qanunvericilik, idxal-ixrac prosedurları, beynəlxalq təcrübə və digər mövzular barədə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.