İQTİSADİYYAT
Qida təhlükəsizliyinə dair Dövlət Proqramı üzrə monitorinq və qiymətləndirmə hesabatı hazırlanıb
Bakı, 10 iyul, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025- ci illər üçün Dövlət Proqramı”nın 2019-cu ildə icra nəticələrinə dair monitorinq və qiymətləndirmə hesabatı hazırlayıb.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, hesabatın nəticələrinin açıqlanması məqsədilə İİTKM Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə birgə onlayn mətbuat konfransı keçirəcək.
Konfrans iyulun 13-də saat 12-də "Micrtosoft Teams” tətbiqi vasitəsilə həyata keçiriləcək.
Mətbuat üçün iştirak linki : https://bit.ly/3iFJ7Iv