CƏMİYYƏT


“Qida tullantıları və problemin həlli yolları” mövzusunda dəyirmi masa keçirilib

Bakı, 4 may, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı və PAŞA Bankın dəstəyi ilə “Qida tullantıları və problemin həlli yolları” mövzusunda görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ölkəmizdə qida itkiləri və qida bankının yaradılması problemindən bəhs olunub, həmçinin qida itkisinin qarşısını almaq üçün qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarların cəlb olunmasına və beynəlxalq təcrübəyə əsaslanaraq məsələnin optimal həllinə nail olmağa çalışmaq lazım olduğu bildirilib.

Tədbirdə zərərsizləşdirmə və utilizasiya prosesinə cəlb edilən əsas məhsullar, tullantıların yaranmasının əsas səbəbləri və onların azaldılmasının iqtisadi faydaları haqqında iştirakçılara məlumat verilib.

Görüşdə istifadə müddətinə az qalmış məhsulların səmərəli istifadəsi, ərzaq bankının yaradılması, QHT-lərin köməyi ilə həmin ərzaq bankının ehtiyacı olan aztəminatlı ailələrə çatdırılması ilə əlaqədar təkliflər səslənib. Məsələ ilə əlaqədar maraqlı tərəflərin iştirakı ilə müzakirələrin davam etdirilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.