CƏMİYYƏT


Qığırdaq cərrahiyyəsində nəzərəçarpan irəliləyişlər və laboratoriya tədqiqatları var

Bakı, 27 may, AZƏRTAC

Qığırdaq cərrahiyyəsində xəstənin qığırdağından yenisini hazırlamaq istiqamətində nəzərəçarpan irəliləyişlər və laboratoriya tədqiqatları var. Belə ki, xəstənin qığırdağını laboratoriya mühitində çoxaldıb daha sonra dizinə, çanağına təkrar yerləşdirə bilirik. Protezin geridönüşü yoxdur. Sümüyü kəsib protezi yerləşdirirlər. Bunun yerinə gənc xəstələrdə qığırdaqyeniləyici cərrahiyyə əməliyyatları bütün dünyada icra olunur. 50 yaşından gənc xəstələrə protezdən istifadə olunmaması üçün həmin üsulu tətbiq etməli oluruq. Burada öz təcrübələrimizi paylaşmaq imkanımız oldu.

AZƏRTAC xəbər verir ki, bunu Ankara Acıbadem Xəstəxanasının ortopedi, professor Murat Bozkurd deyib.

İstanbul Bezmialem Vakıf Universitetinin professoru İbrahim Tuncay isə bəzən tətbiq edilən qığırdaq müalicəsinə rəğmən protezin qaçılmaz olduğunu bildirib: "Texnologiya elə bir nöqtəyə gəlib ki, bu işdə cərrahlara robotlar kömək edir. Robotik protez cərrahiyyə əməliyyatları başlayıb. Kurs-seminarda həmin mövzuya da toxunuldu. Ümumiyyətlə kurs-seminarda bud-çanaq, qığırdaq cərrahiyyəsi haqqında yenilikləri müzakirə etdik, təcrübələri paylaşdıq. Hər birimiz bir-birimizdən nələrsə öyrəndik".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.