İDMAN


Qılıncoynadanımız Anna Başta İtaliyada keçirilən Qran-Pri turnirinin qalibi olub

Bakı, 22 may, AZƏRTAC

İtaliyanın Padua şəhərində qılıncoynatmanın sablya növü üzrə Qran-Pri turnirinə yekun vurulub.

Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mübarizəyə əsas mərhələdən qoşulan turnirin 1 nömrəli reytinq favoriti Anna Başta ilk görüşdə ABŞ təmsilçisi Honor Consona 15:6 hesabı ilə qalib gəlib. Növbəti görüşündə yapon Yumi Vakitanı (15:10) mübarizədən kənarlaşdıran təmsilçimiz ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə digər Yaponiya qılıncoynadanı Şihomi Fukuşimaya 15:10 hesabı ilə qalib gəlib. Burada qılıncoynadanımızın rəqibi italyan Rossella Qreqorio olub. Rəqibini 15:7 hesabı ilə məğlub edən Anna Başta yarımfinala yüksəlib. Yarımfinalda Yaponiya təmsilçisi Misaki Emura üzərində inamlı qələbə (15:9) qazanan Anna finalda gündoğar ölkənin daha bir sablyaçısı Risa Takaşima ilə qarşılaşıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən həlledici görüşdə rəqibini 15:11 hesabı ilə məğlub edən idmançımız Qran-Prinin qızıl medalına layiq görülüb.

A.Başta cari ildə Bolqarıstanın Plovdiv və Yunanıstanın Afina şəhərlərində keçirilən dünya kubokunun mərhələ yarışlarında da qızıl medal qazanıb.

Qılıncoynadanımız hazırda qadın sablyaçıların dünya reytinqində 4-cü sırada qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.