İDMAN


Qılıncoynadanlarımız Ukraynada təlim-məşq toplanışında iştirak ediblər

Bakı, 9 may, İlyas Zeynallı, AZƏRTAC

Mayın 2-dən Ukraynanın Kiyev şəhərində təlim-məşq toplanışında olan qadınlardan ibarət sablya üzrə yığma komandamız hazırlıqlarına yekun vurub.

AZƏRTAC Azərbaycan Qılıncoynatma Federasiyasına istinadla xəbər verir ki, mayın 9-dək davam edən təlim-məşq toplanışı mayın 10-dan 12-dək Tunisdə keçiriləcək Dünya Kubokunun mərhələ yarışına hazırlıq xarakteri daşıyıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.