İDMAN


Qılıncoynadanlarımız Ümumrusiya açıq “Yeni il” turnirində iştirak ediblər

Bakı, 8 yanvar, AZƏRTAC

Kazanda qılıncoynatma üzrə Ümumrusiya açıq “Yeni il” turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, 130 yeniyetmə oğlan şpaqaçının mübarizəsində qılıncoynadanlarımızdan Barat Quliyev, Raul Aruslanov və Kənan Məlikzadə qüvvələrini sınayıblar.

B.Quliyev qrup mərhələsində keçirdiyi 5 görüşdən 2-ni qalib başa vurmaqla pley-offa adlayıb. 1/64 finalda Rusiya idmançısı Aleksey Borodini məğlub edən təmsilçimiz növbəti mərhələdə digər rusiyalı idmançı Aleksey Vinoqradova uduzub.

Digər şpaqaçımız R.Aruslanov da qrup mərhələsini adlamağı bacarıb. Qrupda keçirdiyi 6 görüşdən 2-də qalib gələn idmançımız 1/64 finalda Tatarıstan idmançısı Daniel Əskərova məğlub olub. Qrupda keçirdiyi 6 görüşdən 1-də qələbə qazanan K.Məlikzadə isə mübarizəni erkən dayandırıb.

Yüz otuz yeddi yeniyetmə qız şpaqaçının yarışında isə ölkəmizi Azərin İdriszadə, Nazilə Rəhimova, Alfiyə Abdinova və Aysu Nuriyeva təmsil ediblər. Qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-də qalib gələn A.İdriszadə 1/64 finalda rusiyalı Yekaterina Tarasovaya uduzub. Qrupda keçirdiyi 6 görüşdən 2-də qələbə qazanan N.Rəhimova isə 1/64 finalda Özbəkistan idmançısı Sevara Rəhimovaya məğlub olub. A.Abdinova da 6 görüşdən 2-də qalib gələrək pley-offa yüksəlib. Şpaqaçımız 1/64 finalda rusiyalı Mariya Melexinaya uduzub. Altı görüşdən 1-də qələbə əldə edən A.Nuriyeva isə qrup mərhələsini adlaya bilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.