İDMAN


Qılıncoynadanlarımız üçün antidopinq mövzusunda maarifləndirici seminar keçirilib

Bakı, 28 noyabr, AZƏRTAC

Azərbaycan Milli Antidopinq Agentliyi və Azərbaycan Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə antidopinq mövzusunda maarifləndirici seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dinləyici qismində qılıncoynatma üzrə milli komandamızın üzvləri, məşqçilər heyəti və federasiya rəsmiləri iştirak ediblər.

Təqdimat şəklində keçirilən seminarda antidopinq qayda pozuntuları, dopinq təhlükələri və nəzarəti prosesi haqda idmançılara ətraflı məlumat verilib.

Təhsil və təlim üzrə menecer Lalə Hacıyeva qaydalar riayət olunmayacağı təqdirdə tətbiq olunacaq cəzalar barədə danışıb.

Seminarda idmançılara bildirilib ki, onlar istənilən yerdə, istənilən zaman, heç bir xəbərdarlıq olmadan dopinq testindən keçirilə bilərlər. Qaydalara əsasən, idmançı antidopinq qaydalarına riayət etməli, qadağan edilmiş maddə və üsullardan istifadə olunmamasını təmin etməli, müalicəni antidopinq qaydalarına zidd olaraq aparılmadığına əmin olmalı, bununla yanaşı məkan məlumatını təmin etməlidir.

İnteraktiv şəkildə keçirilən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.