İDMAN
Qılıncoynatma üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb


Bakı, 8 iyun, AZƏRTAC
Qılıncoynatma üzrə Azərbaycan milli komandasının Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qitə çempionatında ölkəmizi yeddi idmançı təmsil edəcək.
Qadın sablyaçıların şəxsi yarışında Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova və Palina Kaspiaroviç mübarizə aparacaqlar. Kişi şpaqaçıların şəxsi mübarizəsində isə Kənan Əliyev, Barat Quliyev və Ruslan Həsənov gücünü sınayacaq.
Qeyd edək ki, Avropa çempionatı iyunun 16-dan 19-dək keçiriləcək.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 03.10.2023 [18:46]
Kəmər güləşi üzrə Azərbaycan millisi Avropa ikincisi olub
- 03.10.2023 [18:30]
Fərid Qayıbov Lənkəranda Regional Boks Mərkəzinin vəziyyəti ilə tanış olub
- 03.10.2023 [17:12]
“Sumqayıt”ın hücumçusu Azərbaycan millisi ilə oyuna dəvət alıb
- 03.10.2023 [16:26]
Azərbaycanın daha 13 güləşçisi Bakıdakı yarışda medal qazanıb
- 03.10.2023 [15:53]
Azərbaycan millisinin sabiq futbolçusu məşqçi kurslarına qatılıb
- 03.10.2023 [14:36]
“Qəbələ” UEFA Gənclər Liqasının oyunları üçün iştirak ərizəsini açıqlayıb
- 03.10.2023 [14:15]