İDMAN


Qılıncoynatma üzrə Bakı birinciliyinin qalibləri bəlli olub

Bakı, 22 may, AZƏRTAC

Qılıncoynatmanın sablya və şpaqa növləri üzrə Bakı birinciliyinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən yarışda sablyaçı oğlanların mübarizəsində Saleh Məmmədov, qızlar arasında isə Zərifə Hüseynova birinci olublar. Şpaqa yarışlarında Səid Əliyev və Xədicə Həsənli qızıl medala yiyələniblər.

Azərbaycan Qılıncoynatma Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən birinciliyin mükafatçıları diplom və medallarla təltif olunublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.