İDMAN


Qılıncoynatma üzrə baş məşqçi: Əsas məqsəd dünyanın on ən yaxşı yığması arasında yer almaqdır

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycanın qılıncoynatma üzrə qadınlardan ibarət milli komandası oktyabrın 20-21-də Türkiyənin Antalya şəhərində keçiriləcək B kateqoriyalı “Satellite” turnirində iştirak edəcək. Bu yarış noyabrın 9-dan 11-dək Fransanın Orlean şəhərində keçiriləcək dünya kubokuna hazırlıq xarakteri daşıyır. Məqsəd yığmanın dünya kubokunda uğurlu çıxışını təmin etməkdir. Turnirdə qadın sablyaçılar Səbinə Kərimova, Sevil və Sevinc Bünyatova bacıları və Aysel Əhədova mübarizə aparacaqlar.

Bu sözləri AZƏRTAC-a müsahibəsində qılıncoynatma üzrə milli komandanın baş məşqçisi Çingiz Mustafayev deyib. O, dünya kubokuna hazırlıqla bağlı sablyaçılarımızın Kiyevdə təlim-məşq toplanışında iştirak edəcəklərini də bildirib: “Komandanın qarşısında duran əsas məqsəd dünyanın 10 ən yaxşı yığması arasında yer almaqdır. Olimpiadanın proqramına əsasən, yekunda reytinqi yüksək olan 8 komanda Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək. Sablyaçılarımız Kiyevdə təlim-məşq proseslərini davam etdirəcəklər".

Baş məşqçi bildirib ki, London və Rio olimpiadalarının iştirakçısı Səbinə Kərimova da artıq analıq məzuniyyətini başa vurub, əvvəlki formasını bərpa etmək üçün məşqlərə başlayıb. Birinci Avropa Oyunlarının mükafatçıları Sevil və Sevinc Bünyatova bacıları da hazırlıqlarını artırırlar.

Çingiz Mustafayev kişi şpaqaçılarımızın noyabrın 23-24-də Almaniyanın Bern şəhərində keçiriləcək dünya kubokunda qüvvələrini sınayacaqlarını bildirib: “Yarışlarda ölkəmizi 4 şpaqaçı- Kənan Əliyev, Ruslan Həsənov, Xalid Əliyev və Barat Quliyev təmsil edəcək. Berndə komandamızın gücünü yoxlamaq istəyirik”.

Baş məşqçi qeyd edib ki, 2019-cu ilin aprelindən “Tokio-2020”yə qılıncoynatma üzrə lisenziya yarışları başlayır. Komandanın təlim-məşq toplanışlarına daha çox diqqətin yönəldilməsi lisenziya yarışlarına hazırlıqla bağlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.