İDMAN


Qılıncoynatma üzrə milli komandamız Türkiyədə keçirilən Avropa çempionatının sonuncu yarış günündə iştirak ediblər

Bakı, 22 iyun, AZƏRTAC

İyunun 22-də Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatının sonuncu yarış günündə qadın sablyaçıların və kişi şpaqaçıların komanda yarışında qaliblər müəyyənləşib.

Azərbaycan Qılıncoynatma Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Anna Başta, Sevil Bünyatova, Palina Kaspiaroviç və Valeriya Bolşakovadan ibarət kollektiv səkkizliyə yüksəlmək uğrunda keçirilən ilk görüşündə Yunanıstan yığmasına 37:45 hesabı ilə uduzub.

Komandamız 9-16-cı yerlər uğrunda keçirilən qarşılaşmada Polşa millisinə 29:45 hesabı ilə məğlub olub.

Kənan Əliyev, Ruslan Həsənov və Barat Quliyevdən ibarət şpaqa üzrə milli komandamız isə ilk görüşündə Niderland yığmasına 34:45 hesabı ilə uduzub.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.