Qırğız Respublikasının Bişkek şəhərindəki “TÜRKEL” İctimai Fondunun prezidenti, “TÜRKEL” qəzeti baş redaktorunun müavini Hökümə Xəlilovadan
AzerTAg.az
Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Bişkekdə fəaliyyət göstərən “TÜRKEL” İctimai Fondu, eyniadlı qəzetin və “Altın körpü” jurnalının redaksiya heyəti adından səmimi qəlbdən təbrik edir, xoş arzularımızı çatdırır, möhkəm cansağlığı və uğurlar diləyirik.
Əminik ki, müstəqil Azərbaycanın qüdrətinin artması, onun inkişaf etmiş ölkələr arasında mövqeyinin daha da möhkəmlənməsi, torpaqlarımızın işğaldan azad olunması, diasporumuzun güclənməsi məsələləri prezidentliyinizin yeni dönəmində də prioritet sahələr olacaqdır. Azərbaycan xalqı, çoxsaylı diasporumuzun üzvləri, yaradıcı ziyalılar Sizin yürütdüyünüz daxili və xarici siyasəti dəstəkləmişdir və bundan sonra də dəstəkləyəcəkdir.
Hörmətli İlham Heydər oğlu, daim Sizinlə birgə olacağımızı, sadiq təbliğatçılar kimi müdrik xarici və daxili siyasətinizi dəstəkləyəcəyimizi bəyan edir, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar diləyirik.
Hörmətlə,
Hökümə Xəlilova
Qırğız Respublikasının Bişkek şəhərindəki “TÜRKEL” İctimai Fondunun prezidenti,
“TÜRKEL” qəzeti baş redaktorunun müavini
Xəbərin mətnində orfoqrafik səhv var