Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə inkişaf yolu ilə qətiyyətlə irəliləyir.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətləri Sizin dəstəyinizlə bundan sonra da xalqlarımızın rifahının yaxşılaşmasına böyük töhfə verəcək.

2019-cu il oktyabrın 14-də Bakıda görüşümüzü səmimiyyətlə xatırlayıram və Sizin Qırğız Respublikasına səfərinizi gözləyirəm.

Bu xoş fürsətdən istifadə edib, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm.

Hörmətlə,

 

Sooronbay Jeenbekov

Qırğız Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin