Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Qırğız Respublikasının Prezidenti Zati-aliləri cənab Sooronbay Jeenbekova

Hörmətli cənab Prezident,

Qırğız Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın qarşılıqlı maraqlarına uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qırğızıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 avqust 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin