DÜNYA


Qırğız dramaturqu Toktobolot Abdumomunovun yubileyi qeyd olunub VİDEO

Ankara, 7 dekabr, AZƏRTAC

Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında Qırğız dramaturgiyasının banisi, Xalq yazıçısı Toktobolot Abdumomunovun anadan olmasının 100 illiyinə həsr edilən tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ədibin həyat və fəaliyyətindən söz açılıb. Diqqətə çatdırılıb ki, Toktobolot Abdumomunov yaradıcılığı ilə Qırğız dramaturgiyasına yeni nəfəs gətirilib. O, doğma xalqının ədəbiyyatının və dramaturgiyanın inkişafında mühüm rol oynayıb. Məhz bu inkişafın sayəsində Çingiz Aytmatov kimi ədiblər yetişib və Qırğız xalqını dünyaya tanıdıb.

Qırğız ədəbiyyatının klassiklərindən sayılan Toktobolot Abdumomunovun bütün əsərlərinin mərkəzində fikir və hərəkətləri ilə insanı həyatdakı yeri haqqında düşündürən qəhrəmanlar var. Dramaturqun yaradıcılığının bədii gücü və təsiri də məhz bu amillərlə bağlıdır. Onun 30-dan çox pyesi keçmiş SSRİ-nin 50 teatrında və digər ölkələrdə səhnəyə qoyulub.

Konfransda təqdim edilən məruzələrdə Toktobolot Abdumomunovun Qırğız ədəbiyyatının inkişafındakı əvəzsiz xidmətlərindən danışılıb.

Tədbirdə görkəmli ziyalının həyatından bəhs edən film nümayiş olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.