DÜNYA


Qırğızıstan-Çin əlaqələri müzakirə olunub

Bişkek, 13 iyun, АZƏRTAC

Çin Xalq Respublikasının Sədri Si Cinpin Qırğızıstanda rəsmi səfərdədir.

AZƏRTAC xəbər verir ki, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun Si Cinpinlə görüşündə siyasi, ticarət-iqtisadi, mədəni-humanitar, sosial-iqtisadi, aqrosənaye, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu qeyd edən Qırğızıstan Prezidenti deyib: Xalqlarımız arasında da tarixi köklərə malik əlaqələr mövcuddur. Bizi qədimdən Böyük İpək Yolu birləşdirir, müasir dövrdə isə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.

ÇXR-in Sədri bildirib ki, Sooronbay Jeenbekov dövlət başçısı seçildikdən sonra Qırğızıstanda iqtisadi islahatlar sahəsində köklü tədbirlər görülüb, korrupsiya ilə mübarizə tədbirləri xalqın həyat səviyyəsinin yüksəlməsinə səbəb olub.

Görüşdə Sooronbay Jeenbekov Si Cinpinə birinci dərəcəli “Manas” ordenini təqdim edib.

Səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən 19 sənəd imzalanıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.