DÜNYA


Qırğızıstan Prezidenti istefa verib

Bişkek, 15 oktyabr, АZƏRTAC

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ölkədəki gərgin ictimai-siyasi vəziyyət fonunda istefaya getmək haqqında qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Sooronbay Jeenbekov istefa qərarı ilə bağlı xalqa müraciət edib. Müraciətdə deyilir: “Ölkədə və Bişkekdə ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Yeni seçilmiş parlament buraxıldı, parlamentin sədri və Baş Nazir dəyişdi, yeni hökumət formalaşdı, digər təyinatlar oldu. Bununla belə gərginlik qalır, prezidentin istefası tələb olunur. Münaqişəyə son qoymaq üçün istefa verməyi qərara aldım. Qırğızıstanda sülh və sabitliyin olması mənim üçün hər şeydən üstündür. Mən Qırğızıstanın tarixində qan tökən, öz vətəndaşlarına güllə atan prezident kimi qalmaq istəmirəm. Buna görə də istefa verməyi qərara aldım”.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.