DÜNYA


Qırğızıstan Prezidenti xalq qurultayının çağırılması haqqında fərman imzalayıb

Bakı, 16 avqust, AZƏRTAC

Qırğız Respublikasının Prezidenti Sadır Japarov ölkənin tarixində ilk dəfə olaraq xalq qurultayının çağırılması haqqında fərman imzalayıb.

AZƏRTAC Qırğızıstan mediasına istinadla xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, xalq qurultayı ictimai inkişaf istiqamətləri üzrə ictimai-təmsilçiliyə əsaslanan məsləhətçi, müşahidəçi yığıncaqdır. Prezident bu addımı milli həmrəyliyi daha da möhkəmlətmək, vətəndaş cəmiyyətini konsolidasiya etmək və respublikada sosial səfərbərliyi təşviq etmək məqsədilə atıb.

Fərmana əsasən, birinci xalq qurultayı 2022-ci il noyabrın 25-də Bişkekdə keçiriləcək. Respublikanın dövlət katibi Suyunbek Kasmambetov təşkilat komitəsinin rəhbəri seçilib.

Qırğız Respublikasının qanunvericiliyinə uyğun olaraq, xalq qurultayı məşvərətçi orqan statusuna malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.