DÜNYA


Qırğızıstan-Tacikistan sərhədində baş verən insidentdə ölənlərin sayı artır

Bişkek, 3 aprel, AZƏRTAC

Qırğızıstan-Tacikistan sərhədində baş verən insidentdə ölənlərin sayı 35, yaralananların isə 183 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qırğızıstanın səhiyyə nazirinin müavini Aliza Soltonbekova bildirib.

O deyib ki, münaqişə zonasından 44 min 651 nəfər təhlükəsiz yerlərə köçürülüb, onların 27 min 136-sı uşaqdır.

A.Soltonbekova qeyd edib ki, onlar ərzaq və dərmanla təmin olunurlar.

Onun sözlərinə görə, münaqişə zonasındakı kəndlərdə 78 ev yararsız hala düşüb, onlardan 30-u, həmçinin 2 məktəb, 1 uşaq bağçası, daxili qoşunların bir binası, “Dostuk” sərhəd postu yandırılıb.

Hazırda ziyan dəymiş ev və obyektlərin bərpası istiqamətində işlər aparılır.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.