DÜNYA


Qırğızıstan-Tacikistan sərhədində baş verən münaqişə ilə bağlı danışıqlar aparılıb

Bişkek, 19 sentyabr, АZƏRTAC

Sentyabrın 16-da gecə saatlarında Qırğızıstan-Tacikistan sərhədində baş verən münaqişə ilə bağlı hər iki ölkənin sərhəd xidmətləri arasında danışıqlar keçirilib.

AZƏRTAC xəbər verir ki, bu haqda jurnalistlərə Qırğızıstan Dövlət Sərhəd Xidmətinin rəhbəri Ularbek Şarşeev məlumat verib.

O deyib ki, danışıqlar çox gərgin şəraitdə keçib. Qərara gəldik ki, bütün qüvvələr sentyabrın 14-dəki vəziyyətə qaytarılsın. Münaqişənin baş verdiyi Qırğızıstanın Maksad və Tacikistanın Kalarça kəndlərində hər iki ölkənin sərhədçiləri birgə keşik çəkirlər, əlavə qüvvələr geri çəkilib.

Qeyd olunub ki, münaqişədə hansı tərəfin birinci atəş açması da müəyyənləşməlidir. Belə ki, bu məsələdə tərəflər bir-birini günahlandırır. Münaqişəyə əsas səbəb olan taciklərin neytral zonada apardıqları tikinti işləri dayandırılıb.

Xatırladaq ki, münaqişə nəticəsində Qırğızıstan tərəfindən bir sərhədçi ölüb, 13 nəfər isə xəsarət alıb. Tacikistan tərəfdən isə 3 hərbçi həlak olub, beş nəfər xəsarət alıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.