DÜNYA


Qırğızıstan-Tacikistan sərhədində qarşıdurma: 1 ölü, 17 yaralı

Bişkek, 29 aprel, AZƏRTAC

Qırğızıstan-Tacikistan sərhədində suya nəzarət üstündə tərəflər arasında yenidən qarşıdurma yaranıb.

AZƏRTAC Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, münaqişə Qırğızıstanın Batken rayonunun Kok-Taş kəndinin ərazisinə Tacikistan tərəfinin suya nəzarət etmək üçün videokameralar quraşdırmasından sonra başlanıb. Tacikistan tərəfi qırğız kəndinin əhalisini daşa tutub, ov tüfənglərindən istifadə edib.

Dünən axşamdan başlayan çaxnaşmada 1 nəfər ölüb, 17 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Qırğızıstan münaqişə zonasından 400-dən çox sakini təhlükəsiz ərazilərə köçürüb.

Hazırda qarşıdurmanın aradan qaldırılması üçün müxtəlif qurumlar arasında danışıqlar aparılır.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.