DÜNYA


Qırğızıstan-Tacikistan sərhədində qarşıdurma: Hər iki tərəfdən 6 adam ölüb, 84 nəfər yaralanıb

Bişkek, 30 aprel, АZƏRTAC

Qırğızıstan-Tacikistan sərhədində vəziyyət gərgin olaraq qalır.

AZƏRTAC Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son məlumata görə, Qırğızıstan tərəfdən ölənlərin sayı 3 nəfərə çatıb, onların biri 13 yaşlı qızdır.

Qırğız tərəfinin məlumatına görə, Tacikistan tərəfdən də 3 nəfər həlak olub. Hər iki tərəfdən yaralananların sayı 84 nəfərə çatıb.

Münaqişə zonasında olan Kok-Taş kəndinin 600 nəfər əhalisi təhlükəsiz yerlərə köçürülüb.

Xatırladaq ki, qarşıdurma Qırğızıstanın Batken rayonunun Kok-Taş kəndinin ərazisinə Tacikistan tərəfinin suya nəzarət etmək üçün dirəklərə videokameralar quraşdırmasından sonra başlanıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.