DÜNYA


Qırğızıstan-Tacikistan sərhədindəki atışmalarda qırğız tərəfdən ölənlərin sayı 55 nəfərə çatıb

Bişkek, 6 may, АZƏRTAC

Qırğızıstan-Tacikistan sərhədindəki atışmalarda qırğız tərəfdən ölənlərin sayı 55 nəfərə çatıb.

AZƏRTAC Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, yaralananların sayı 183 nəfərdir.

Tacikistan mətbuatının verdiyi məlumata görə, münaqişədə 19 nəfər ölüb, 88-i yaralanıb.

Qırğızıstan və Tacikistan qarşıdurmanın başlanmasına və güclənməsinə görə bir-birlərini ittiham edirlər.

Qırğızıstanın Baş prokurorluğu Tacikistana müxtəlif maddələrlə 11, Tacikistanın Baş prokurorluğu isə Qırğızıstana bir neçə maddə ilə cinayət işi açıb.

Qarşılıqlı ittihamların fonunda mayın ortalarında Qırğızıstan Prezidenti Sadır Japarovun Tacikistana səfəri nəzərdə tutulub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.