DÜNYA


Qırğızıstan Tacikistanla sərhəddən əlavə qüvvələrini geri çəkib

Bakı, 29 yanvar, AZƏRTAC

Qırğızıstan Tacikistanla sərhəddən əlavə qüvvələrin və hərbi texnikanın geri çəkilməsi prosesini başa çatdırıb.

AZƏRTAC Qırğızıstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ölkənin Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

“Qırğızıstan tərəfi əlavə qüvvələrin və vasitələrin sərhəd xəttindən geri çəkilərək daimi dislokasiya məntəqələrinə yerləşdirilməsi prosesini başa çatdırıb”, - deyə mətbuat xidmətinin nümayəndəsi bildirib. Onun sözlərinə görə, hazırda dövlət sərhədinin Qırğızıstan-Tacikistan sahəsində vəziyyət sabitdir.

Xatırladaq ki, yanvarın 27-də Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atışma baş verib. Sərhəddə gərginlik Qırğızıstanın Batken və İsfan şəhərlərini birləşdirən yolun Düşənbə tərəfindən birtərəfli qaydada bağlanması fonunda yaranıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.