DÜNYA


Qırğızıstan ilə Rusiya arasında əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə olunub

Bişkek, 10 fevral, АZƏRTAC

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Rusiyanın dövlət başçısı Vladimir Putinin dəvəti ilə Soçi şəhərində işgüzar səfərdə olub.

AZƏRTAC Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Vladimir Putinin Sooronbay Jeenbekovla görüşündə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb. Həmçinin bu ilin martında Vladimir Putinin Qırğızıstana nəzərdə tutulan səfəri zamanı müzakirə ediləcək məsələlər diqqətdən keçirilib.

Vladimir Putin bildirib ki, səfər müddətində Qırğızıstanla iqtisadi sahədə əlaqələrin daha da inkişafı, gömrük məkanının möhkəmləndirilməsi, miqrasiya siyasəti və digər məsələlərlə bağlı danışıqlar aparılacaq.

Sooronbay Jeenbekov də öz növbəsində Rusiya ilə tarixi dostluq əlaqələrinə yüksək qiymət verdiklərini bildirib və vurğulayıb ki, bu səfər Qırğızıstan ilə Rusiya arasında əlaqələrin inkişafına daha da təkan verəcək.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.