DÜNYA


Qırğızıstan parlamenti Qazaxıstana 150 nəfərlik sülhməramlı kontingentin göndərilməsi barədə qərar qəbul edib

Bişkek, 7 yanvar, AZƏRTAC

Qırğızıstan parlamentinin - Joqorku Keneşin bu gün keçirilən iclasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Qazaxıstana 150 nəfərlik hərbi kontingentin göndərilməsi barədə qərar qəbul edilib.

AZƏRTAC Joqorku Keneşin mətbuat xidmətinə istinadla xəbər verir ki, sülhməramlılardan əlavə Qazaxıstana 8 zirehli və 11 digər hərbi texnika da göndəriləcək.

Qırğız sülhməramlıları Qazaxıstanda ancaq strateji obyektlərin mühafizəsini həyata keçirəcək və iğtişaşların qarşısının alınmasında iştirak etməyəcəklər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.