DÜNYA
Qırğızıstan parlamenti ölkə Prezidentinin istefasını rəsmən qəbul edib
Bişkek, 16 oktyabr, АZƏRTAC
Qırğızıstan parlamentinin - Joqorku Keneşin oktyabrın 16-da keçirilən növbədənkənar iclasında Prezident Sooronbay Jeenbekovun istefasını rəsmi olaraq qəbul edib.
AZƏRTAC xəbər verir ki, Sooronbay Jeenbekov dövlət başçısı kimi son çıxışını da edib. Sooronbay Jeenbekov deyib ki, o, ölkədəki qarşıdurmanı aradan qaldırmaq üçün istefa verib. “Qırğızıstanda sülh və sabitliyin qorunması mənim üçün hər şeydən üstündür. Mən Qırğızıstanın tarixində qan tökən, öz vətəndaşlarına güllə atan Prezident kimi qalmaq istəmədim”, - deyə Sooronbay Jeenbekov bildirib.
Parlamentin iclasında Prezidentin səlahiyyətlərinin rəsmi olaraq Baş Nazir Sadır Japarova verilməsi məsələsi də müzakirə edilib və deputatlar onun lehinə də səs veriblər.
Beləliklə, yeni prezident seçkiləri keçirilənədək Sadır Japarov həm də dövlət başçısının səlahiyyətlərini yerinə yetirəcək.
İclasda çıxış edən Sadır Japarov qarşıda duran vəzifələrdən danışıb, prezident seçkilərinin 2021-ci il yanvarın 10-dan gec olmayaraq keçiriləcəyini bildirib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]