DÜNYA


Qırğızıstan parlamenti sabiq prezident Atambayevin toxunulmazlıq statusunu ləğv edib

Bakı, 27 iyun, AZƏRTAC

Qırğızıstan parlamenti səs çoxluğu ilə respublikanın sabiq prezidenti Almazbek Atambayevin toxunulmazlıq statusunun ləğvinə qərar verib.

AZƏRTAC xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb. “Lazım olan qədər deputat sabiq prezidentin toxunulmazlığının ləğvinə səs verib. Həmin qərar qəbul olunduqdan sonra Atambayev cinayət məsuliyyətinə cəlb oluna bilər”, - deyə mətbuat xidmətinin əməkdaşı bildirib.

Onun sözlərinə görə, qərarın lehinə 120 parlament üzvünün 106-sı səs verib.

Sabiq prezidentin toxunulmazlıq statusundan məhrum edilməsi üzrə komissiyanın və respublika Baş prokurorluğunun məlumatına əsasən, Atambayevin adı qanun pozuntusu ilə bağlı beş epizodda hallanır. Qırğızıstanın sabiq rəhbəri torpaq sahələrinin təyinatlarının dəyişdirilməsinə kömək göstərməkdə, Bişkek istilik elektrik stansiyasının yenidən qurulması zamanı korrupsiya hallarına yol verilməsində, kriminal avtoritet Əziz Batukayevin qanunsuz olaraq həbsdən buraxılmasında, həmçinin paytaxtın istilik elektrik stansiyasına qanunsuz kömür daşınmasını təmin etməkdə və Çuy vilayətinin Koy-Taş kəndində yaşayış evi tikmək üçün qanunsuz olaraq torpaq sahəsi almaqda ittiham edilir.

Bir il altı ay bundan ərzində Atambayevin yaxın ətrafından olan bir neçə şəxs, o cümlədən iki sabiq Baş Nazir, paytaxtın iki meri, bir sıra nazirlər, deputatlar və yüksək vəzifəli digər sabiq məmurlar korrupsiya şübhəsi ilə həbs olunublar. Onların işləri üzrə məhkəmə prosesləri indiyədək davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.