DÜNYA
Qırğızıstan parlamentində üç fraksiyadan ibarət koalisiya çoxluğu yaradılıb
Bişkek, 3 noyabr, AZƏRTAC
Qırğızıstan parlamenti-Joqorku Keneşdə üç fraksiyadan ibarət koalisiya çoxluğu yaradılıb.
Bu haqda jurnalistlərə Qırğızıstan Sosial-Demokrat Partiyasının (QSDP) parlamentdəki fraksiyasının lideri məlumat verib. Bildirilib ki, koalisiya çoxluğuna Qırğızıstan Sosial-Demokrat, Bir-Bol və “Kırqızıstan” partiyalarının parlament fraksiyaları daxil olub.
Xatırladaq ki, bu il oktyabrın 24-də QSDP parlamentdəki koalisiya çoxluğundan çıxdığını elan edib, oktyabrın 26-da Qırğızıstan Prezidenti Almazbek Atambayev hökuməti istefaya göndərmişdi.
Prezidentin müvafiq Fərmanına əsasən noyabrın 17-dək yeni hökumətin proqramı və strukturu təsdiq olunmalı, Baş nazirin namizədliyi və hökumətin tərkibi müəyyən edilməlidir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]