SİYASƏT
Qırğızıstan parlamentinin başçısı TürkPA-nın nümayəndə heyəti ilə görüşüb
Bişkek, 16 oktyabr, АZƏRTAC
Qırğızıstan parlamenti - Joqorku Keneşin sədri Çınıbay Tursubekov prezident seçkilərini müşahidə etmək üçün ölkəsinə gələn Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Qırğızıstan ilə TürkPA arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb, təşkilatın beynəlxalq aləmdə nüfuzunun artdığı vurğulanıb.
TürkPA missiyasının tərkibində seçkiləri izləyən Azərbaycan Milli Məclisinin deputatı Nizami Cəfərov seçkilərin yüksək səviyyədə keçirildiyini bildirib. O deyib ki, seçki prosesi şəffaf və demokratik normalara uyğun olaraq keçirilib.
Deputat əmin olduğunu bildirib ki, Qırğızıstan ilə TürkPA və digər üzv dövlətlər arasında əlaqələr daha da genişlənəcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek