DÜNYA


Qırğızıstan parlamentinin komitəsi hökumətin yeni tərkibini təsdiqləyib

Bişkek, 12 oktyabr, AZƏRTAC

Qırğızıstan parlamenti-Joqorku Keneşin Konstitusiya qanunçuluğu, dövlət quruluşu, məhkəmə-hüquq məsələləri və reqlament komitəsi hökumətin yeni tərkibini təsdiq edib.

AZƏRTAC Joqorku Keneşin mətbuat xidmətinə istinadla xəbər verir ki, Qırğızıstan Nazirlər Komitəsinin (NK) sədri vəzifəsinə Akılbek Japarovun namizədliyi təsdiqlənib.

Yığıncaqda Arzıbek Kojoşev NK sədrinin birinci müavini, Aziz Aliyev və Edil Baysalov sədrin müavinləri, Kamçıbek Taşıyev sədrin müavini və Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifələrinə təyin olunub.

İclasda nazirlər, komitə sədrləri də təsdiq edilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.