DÜNYA


Qırğızıstan parlamentinin spikeri istefa verib

Bakı, 5 oktyabr, AZƏRTAC

Qırğızıstan parlamentinin sədri Talant Mamıtov öz istəyi ilə istefa verdiyini açıqlayıb.

AZƏRTAC Qırğızıstan mediasına istinadla xəbər verir ki, Talant Mamıtov bu barədə qərarını parlamentin oktyabrın 5-də keçirilən iclasında səsləndirib. O, bu qərara hələ sentyabrın 14-17-də Tacikistanla sərhəddə baş verən toqquşmalar zamanı gəldiyini bildirib.

Parlamentin spikeri çıxışının sonunda ona göstərilən etimada görə həmkarlarına minnətdarlığını bildirib və vəzifədən öz arzusu ilə getdiyini vurğulayıb.

Qeyd edək ki, Talant Mamıtov 2020-ci il noyabrın 4-də Qırğızıstan parlamentinin sədri seçilib. 2010-2020-ci illərdə “Ata Jurt” və “Respublika-Ata Jurt” partiyalarından deputat seçilib.

Qırğızıstan mətbuatının yazdığına görə, respublika parlamentinin spikeri postuna ən real namizəd “Ata-Jurt Qırğızıstan” fraksiyasının təmsilçisi Nurlan Şakiyevdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.