SİYASƏT


Qırğızıstan portalı Azərbaycan Prezidentinin Soçiyə səfərini və orada keçirilən görüşləri geniş işıqlandırıb

Bişkek, 29 noyabr, АZƏRTAC

Qırğızıstan “turktoday.info” portalı Azərbaycan Prezidentinin Soçiyə səfərini və orada keçirilən görüşlərlə bağlı AZƏRTAC-ın rus dilində materiallarını çap edib.

Sayt Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında keçirlən ikitərəfli görüş, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında olan üçtərəfli danışıqlara dair materialları da verib.

Portalda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin Bəyanat imzalaması ilə əlaqədar material yerləşdirilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.