SİYASƏT
Qırğızıstan portalı Azərbaycan Prezidentinin ölkəmizin qərb bölgəsinə səfərindən yazır
Bişkek, 27 iyul, АZƏRTAC
Qırğızıstanın “turktoday.info” portalı Azərbaycan Prezidenti İlham Əliyevin Daşkəsən, Goranboy rayonlarına, Naftalan və Gəncə şəhərlərinə səfərləri haqqında AZƏRTAC-ın materiallarını verib.
Portalda Azərbaycan Prezidenti İlham Əliyevin Daşkəsən rayonuna səfəri, ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət etməsi, şəhərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə görülən işlərlə, “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olması, Azərbaycan Televiziyasına müsahibə verməsi ilə bağlı materiallar yerləşdirilib.
Sayt Azərbaycan Prezidenti İlham Əliyevin Naftalan şəhərinə getməsi, xalqımızın ulu öndəri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarəti, istismar müddəti başa çatmış Naftalan şəhər hava limanına baxması, Mərkəzi Sanatoriyanın açılış mərasimində iştirak etməsi ilə bağlı materiallar da verib.
Portal dövlət başçısının Goranboy rayonunda Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun, Goranboy Olimpiya İdman Kompleksinin açılışında iştirakı, Gəncə şəhərinə getməsi, Ermənistanın raket hücumlarının səbəb olduğu cinayət səhnələrinə baxması ilə əlaqədar məqalələr çap edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek