SİYASƏT
Qırğızıstan portalı “Heydər Əliyevi xatırlayarkən: keçmişə səyahət - fotokompozisiya” sərlövhəli məqalə yayıb
Bişkek, 11 may, АZƏRTAC
Qırğızıstanın goldenbridgenews.com portalı rus dilində “Heydər Əliyevi xatırlayarkən: keçmişə səyahət - fotokompozisiya” sərlövhəli məqalə yayıb.
Yazıda Azərbaycan tarixində silinməz iz qoyan Heydər Əliyevin xatirəsinin hörmətlə xalqımız tərəfindən dərin hörmətlə yad edildiyi vurğulanır.
Bildirilir ki, Heydər Əliyev fenomeni Azərbaycanın hüdudları ilə məhdudlaşmır. O, hələ sağlığında siyasət olimpini fəth edən nadir şəxsiyyətlərdən olub. Dünyanın böyük şəxsiyyətləri Heydər Əliyevi möhkəm iradəli siyasətçi adlandırıb, tarixin gərdişinə təsir etmək gücünə malik siyasətçi kimi xarakterizə ediblər.
Yazıda deyilir ki, Heydər Əliyevin həyati müdrikliyi, möhkəm mənəviyyatı qələbə əzminin təcəssümüdür. Ulu Öndərin anadan olan günündə biz onun həyat yolunu bir kitab kimi vərəqləyir, bu böyük siyasətçi haqqında xatirələri yada salırıq.
Məqalədə AZƏRTAC-ın arxivində qorunan, Ulu Öndərin həyat və fəaliyyətinin nadir anlarını əks etdirən fotoşəkillər də yerləşdirilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek