SİYASƏT


Qırğızıstan portalı Prezident İlham Əliyevin Naxçıvana səfəri ilə bağlı AZƏRTAC-ın materiallarını yerləşdirib

Daşkənd, 11 may, AZƏRTAC

Qırğızıstan “turktoday.info” portalı öz səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri ilə bağlı AZƏRTAC-ın rus dilində materiallarını yerləşdirib.

AZƏRTAC xəbər verir ki, portalda dövlət başçısı İlham Əliyevin səfəri çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında və Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak etməsi ilə bağlı materiallar yer alıb.

Saytda İlham Əliyevin Naxçıvan şəhər qəbiristanlığında Vətən müharibəsi şəhidlərinin məzarlarını, Naxçıvanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etməsi ilə bağlı materiallar da verilib.

Portal dövlət başçısının “ASAN xidmət” mərkəzinin binasının tikintisi ilə tanış olması, “Azərxalça” ASC-nin Naxçıvan filialının, Naxçıvan qarnizonu Mərkəzi Hospitalının, Culfa-Ordubad magistral avtomobil yolunun, “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışında iştirakı ilə bağlı da yazılar dərc edib.

Sayt bildirir ki, səfər çərçivəsində dövlət başçısı Naxçıvanda Süni Mayalanma Mərkəzinin açılışında iştirak edib, Ordubad su-elektrik stansiyası və Ordubad dəmir yolu stansiyası ilə tanış olub.

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına geniş müsahibəsi də portalda yer alıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.