SİYASƏT


Qırğızıstan portalı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri ilə bağlı materiallar yayıb

Bişkek, 14 may, АZƏRTAC

Qırğızıstanın “turktoday.info” portalı öz səhifəsində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri ilə bağlı AZƏRTAC-ın rus dilində materiallarını yerləşdirib.

AZƏRTAC xəbər verir ki, saytda Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, qızları Leyla Əliyevanın və Arzu Əliyevanın Şuşada 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyasının açılışında iştirak etmələri, “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışının keçirilməsi, otelin nəzdindəki korpusda və kotteclərdə yaradılan şəraitlə tanış olmaları ilə bağlı materiallar yerləşdirilib.

Portalda Şuşada yeni məscidin təməlinin qoyulması, Şuşada Xüsusi nümayəndəliyin inzibati binası ilə tanışlıq, xan qızı Natəvanın sarayının qarşısındakı əraziyə baxış keçirilməsi, Yuxarı Gövhərağa məscidi, “Xan qızı” bulağı, Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina, Rəsm Qalereyası barədə, eləcə də Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməlinin qoyulması ilə əlaqədar yazılar da var.

Sayt öz səhifəsində, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalına getmələri ilə əlaqədar AZƏRTAC-ın materiallarını yerləşdirib.

Materialda bildirilir ki, Azərbaycan Prezidenti festivalın açılışındakı çıxışında deyib: “Biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. 30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu bizim hamımızın qələbəsidir. Mən xahiş edirəm ki, Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək”.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.