SİYASƏT
Qırğızıstan portalı beynəlxalq media təşkilatlarının Bakıda keçirilən tədbirlərini işıqlandırıb
Bişkek, 17 noyabr, AZƏRTAC
Qırğızıstanın turkelpress.com portalı Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimi haqqında material yayıb.
Yazıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılış mərasimində çıxışı, MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının Bakıda keçirilən XXII iclası barədə məlumatlar yer alıb.
Qeyd olunub ki, Konqresdə bu quruma sədrlik AZƏRTAC-a keçəcək və o, 2016-2019-cu illərdə bu beynəlxalq təşkilata rəhbərlik edəcək.
Portalda verilən material fotoşəkillərlə müşayiət olunur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek