SİYASƏT


Qırğızıstan portalları: Ermənistanın Gəncəni raket atəşinə tutması müharibə cinayətidir

Bişkek, 17 oktyabr, АZƏRTAC

Qırğızıstanın goldenbridgenews.com və turktoday.info portalları Ermənistanın bu gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən Gəncənin mərkəzi hissələrini raket atəşinə tutmasını hərbi cinayət adlandırıb.

AZƏRTAC xəbər verir ki, portallar Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi “Twitter” hesabına istinadla yazır: “Ermənistanın Gəncədəki mülki əhaliyə qarşı xain və vəhşicəsinə raket zərbəsi Ermənistanın hərbi-siyasi rəhbərliyinin döyüş meydanındakı məğlubiyyət qarşısında acizliyinin və ümidsizliyinin əlamətidir”.

Portallar yazır ki, Ermənistanın Gəncənin mərkəzi hissəsində yerləşən yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 10-dan çox insan həlak olub, 40-dan çox adam yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qırğızıstan portalları Hikmət Hacıyevə istinadla yazır: “ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SCUD/Elbrus taktiki ballistik raketlərdir. Bunu hadisə zonasından tapılan mərmilər sübut edir. SCUD raketini sıx məskunlaşmış mülki şəxslərə yönəltmək, Ermənistanın hərbi-siyasi rəhbərliyinin tamamilə əxlaqsızlığını və şizofrenik düşüncəsini göstərir”.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.