SİYASƏT


Qırğızıstan və Özbəkistan mətbuatında Ermənistanın təxribatı ilə bağlı materiallar yerləşdirilib

Daşkənd, 13 iyul, АZƏRTAC

Qırğızıstanın goldenbridgenews.com portalı Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) “Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib” sərlövhəli materialını rus və ingilis dillərində çap edib. Portal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iclasdakı çıxışını tam olaraq verib.

Portal həmçinin AZƏRTAC-ın “Hikmət Hacıyev: Ermənistanın sərhəddə törətdiyi təxribat onun münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur” sərlövhəli məqaləsini də rus və ingilis dillərində yerləşdirib.

Özbəkistanın uza.uz, kun.uz, tnews.uz, fikr.uz portalları da Ermənistanın Azərbaycanın Tovuz rayonundakı təxribatları ilə bağlı özbək və rus dillərində yazılar çap edib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.