DÜNYA


Qırğızıstan xüsusi təyinatlıları Tacikistanın sərhəd zastavasını tutublar

Bakı, 29 aprel, AZƏRTAC

Qırğızıstan sərhədçiləri xüsusi təyinatlı dəstələrin Tacikistanın sərhəd zastavasını tutduğunu bildiriblər. Zastavanın binasına od vurulub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, iki respublikanın sərhədində başlayan atışma nəticəsində azı bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

Sərhəd zonasında dünən gündüz saatlarında qızışan münaqişədə hər iki tərəfdən 150-yə yaxın yerli sakin iştirak edib. İki ölkənin hakimiyyət orqanları məsuliyyəti bir-birinin üzərinə qoyur.

Bişkekdən verilən məlumatda bildirilir ki, münaqişəyə tacik tərəfinin elektrik dirəklərinə videomüşahidə kameraları quraşdırmaq cəhdi səbəb olub. Qırğızıstan vətəndaşları buna qarşı çıxıb və dirəkləri mişarla kəsmək istəyiblər. Sonra sakinlər bir-birilərini daşa basıblar. Gecə qarşıdurma kəskinləşib və tərəflər odlu silaha əl atıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.