DÜNYA
Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı 42 minə çatıb
Bişkek, 13 avqust, АZƏRTAC
Son sutkada Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı 310 nəfər artaraq 41 min 69 nəfərə çatıb. Yeni yoluxanlardan 100 nəfəri Bişkekdə qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Bişkekdə keçirdiyi brifinqdə Qırğızıstan Səhiyyə nazirinin müavini Madamin Karatayev məlumat verib.
O deyib ki, son 24 saat ərzində virusdan 9 nəfər ölüb, pandemiya dövründə vəfat edənlərin sayı isə 1487 nəfərə çatıb.
Bildirilib ki, son gündə 9, indiyədək isə 2 min 991 tibb işçisi bu virusa yoluxub.
Qeyd olunub ki, ötən gecə Sankt-Peterburqdan Bişkekə 151, Moskvadan Oş şəhərinə isə 347 Qırğızıstan vətəndaşı gətirilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek