DÜNYA
Qırğızıstanda Novruz şənliyinə 1000-dən çox solo və rəqs ifaçısı qatılıb
Bişkek, 22 mart, АZƏRTAC
Bişkek şəhərindəki “Ala-Too” mərkəzi meydanında Novruz bayramı münasibəti ilə bayram şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, şənlikdə Qırğızıstan Joqorku Keneşinin (parlament) sədri Dastanbek Jumabekov, Baş nazirin müavini Altınay Omurbekova, Bişkek şəhərinin meri Aziz Surakmatov, Prezident Aparatının rəhbəri Dosalı Esenaliev, parlamentin və Hökumətin üzvləri elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Aziz Surakmatov meydana toplaşanları bayram münasibətilə təbrik edib. Sonra teatrlaşdırılmış konsert proqramı təqdim olunub. Qırğızıstanın tanınmış estrada ulduzları sevilən mahnılar səsləndiriblər. Konsert proqramına 1000-dən çox solo və rəqs ifaçısı qatılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]