DÜNYA


Qırğızıstanda baş verən avtomobil qəzası səkkiz nəfərin ölümünə səbəb olub

Bişkek, 17 oktyabr, AZƏRTAC

Qırğızıstanın Talas rayonunun Kara-Oy kəndində baş verən avtomobil qəzasında səkkiz nəfər həyatını itirib.

AZƏRTAC Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Suusamır-Talas-Taraz avtomobil yolunun 61-ci kilometrində baş verən qəza “Honda-Stepvaqon” minik maşınının “DAF” ağır yük maşını ilə toqquşması nəticəsində baş verib.

Məlumatda bildirilir ki, ölənlərin yeddisi kişi, biri qadındır.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.