DÜNYA


Qırğızıstanda baş verən iğtişaşlarda 136 nəfər yaralanıb

Bişkek, 11 avqust, АZƏRTAC 

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin tutulması ilə əlaqədar baş verən iğtişaşlarda 136 nəfər yaralanıb.

AZƏRTAC Qırğızıstan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, onların əksəriyyəti evə buraxılsa da, ciddi xəsarət alanların müalicəsi davam edir.

Çuy vilayətinin Daxili İşlər İdarəsinin rəisi Samat Kurmankulov hələ də komadadır.

Xatırladaq ki, Almazbek Atambayev avqustun 8-i axşam hökumət qüvvələrinə təslim olub və avqustun 26-dək Dövlət Təhlükəsizliyi Komitəsinin istintaq təcridxanasında saxlanılması ilə bağlı qərar qəbul edilib.

Almazbek Atambayev korrupsiya, “qanuni oğru” Əziz Butukaevin qanunsuz azadlığa buraxılması, vəzifədən sui-istifadə, torpaq sahəsini qanunsuz əldə etmək və digər maddələrlə ittiham olunur.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.