MƏDƏNİYYƏT


Qırğızıstanda həmyerlimiz beynəlxalq “Barış göyərçini” medalı ilə təltif edilib

Bişkek, 17 fevral, AZƏRTAC

Qırğızıstanın paytaxtı Bişkek şəhərində “TÜRKEL” Media Qrupunun baş redaktoru, həmyerlimiz Ramiz Məşədihəsənli “Dünya generalları sülh uğrunda” Beynəlxalq Birliyi (BB) tərəfindən “Barış göyərçini” medalı ilə təltif edilib.

AZƏRTAC xəbər verir ki, soydaşımıza dostluq, birlik, həmrəylik və əmin-amanlıq uğrunda fəaliyyətlərinə görə mükafatı təqdim edən beynəlxalq birliyin vitse-prezidenti, Əfqanıstan Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-leytenantı Abdu Vakil “TÜRKEL” qrupunun Orta Asiya və Türk-İslam coğrafiyasında populyarlıq qazandığını diqqətə çatdırıb.

Qeyd edək ki, birlik keçən il isə “TÜRKEL” Media Qrupunun prezidenti, həmyerlimiz Hökümə Xəlilovanı “Barış göyərçini” medalı və fəxri fərmanla təltif etmişdi.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.